DƏVƏ KÜL GÖRSƏ

Siçan yeni ilin gəlməsini görmək üçün dəvənin başına çıxır və birinci yeri tutur. Sonra qorxusundan küllükdə gizlənir. Dəvə bunu bilir, küllükdə ağnayır və siçanı hiylə işlətdiyinə görə məhv edir. Deyim bu rəvayətlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏSTURAT
DƏVƏDABANI
OBASTAN VİKİ
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi. İltəris xaqanın zamanında Bilgə və Kültigin baş vəzir Tonyukukun ən yaxın köməkçiləri idilər.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dəvə (oyun)
Dəvə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsi ilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır. Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5-2 aydan sonra ot yeməyə başlayırlar.
Bilgə Kül Qədir xan
Bilgə Kül Qədir xan - Qaraxanilər dövlətinin birinci xaqanı və qurucusu. == Hakimiyyəti == 840-cı ildə Uyğur xaqanlığının Qırğızlar tərəfindən süqut etdirildikdən sonra dövlətlə xərc-mərclik başlamış, 850-ci ildə isə İsficab şəhərinin hakimi, Bilgə Kül Qədir xan qarluqlar tərəfindən xaqan elan edilmişdi. Həmçinin Qara xan adı ilə tanınan xaqanın adı ərəb mənbələrində "Qədir" deyə qalmış, dövlət sonralar bu adla xatırlanmışdır. 53 illik hakimiyyəti boyunca Samanilərlə müharibədə olmuşdur.
Qutluq Bilgə Kül xaqan
Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir. == İlk illəri və hakimiyyətə gəlməsi == Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi. == Hakimiyyəti == Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri
== Aşkar edilməsi == Qazax çökəkliyi daxilində son vaxtlar bir neçə kül tufu və trass yataq və təzahürləri aşkar olunmuşdur. Onlardan bir neçəsində kəşfiyyat işləri aparılmış və ehtiyatları hesablanmışdır. == İstifadəsi == Seolitləşmiş tuflar və trass xammalı ilk növbədə sement istehsalında aktiv əlavə kimi istifadə olunur. Lakin son zamanlar kül tuflarının başqa daha mühüm tətbiq sahəsi aşkar olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kül tufları güclü seolitləşməyə məruz qalmışdır. Onların tərkibində böyük miqdarda seolit mineralı olan qlinoptilolit çox əhəmiyyətli xüsusiyyətlərə malikdir. O torpağa əlavə edildikdə torpağın məhsuldarlığı artır, heyvan və quşların yeminə qatıldıqda isə onların inkişafına yüksək təsir göstərir. Suyun və spirtin kənar qarışıqlardan təmizlənməsində və digər məqsədlər üçün xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Seolitləşmiş kül tuflarının ən böyük yatağı, Ağdağ dağından şimal, şimal-şərqdə yerləşən Aydağ yatağıdır. Bu yataqda dəqiq kəşfiyyat işləri aparılmış və B+C1+C2 kateqoriyaları üzrə ehtiyatı 12,6 mln.